Təkamülçülərin heç bir şəkildə açıqlaya bilmədikləri və bu səbəbdən də gizlətməyə çalışdıqları minlərlə yaradılış möcüzəsi vardır. Məsələn, göz son dərəcə qeyri-adi bir orqandır və təsadüf ilə açıqlanması qətiyyən mümkün deyil. Çünki göz, məsələn, insan gözü 20-dən çox ayrı hissədən ibarətdir: retina təbəqəsi, büllur, xarici əzələlər, gözyaşı vəziləri, beyinə gedən sinirlər və bir gözün işləyə bilməsi üçün bu fərqli hissələrin hamısı eyni anda mövcud olub işləməlidir.
İndi belə mürəkkəb bir orqan olan gözün təsadüfən ortaya çıxma ehtimalını düşünək: gözün əmələ gəlməsindən əvvəl canlılar təbii olaraq gözsüz, yəni görə bilməyən, görmə anlayışına sahib olmayan canlılardı. Belə bir canlının gözlərinin sizcə təkamül nəticəsində meydana gəlməsi mümkündürmü? Bu canlı görmək deyə bir anlayışı tanımayıbsa, öz-özlüyündən bir göz necə meydana gətirə bilər? (Siz altıncı bir duyğu yaradıb, onu qəbul edəcək bir orqan təsəvvür edə bilirsinizmi?) Bu canlının belə bir tələbi olsa belə, öz bədənində bir göz yarada bilməyəcəyi aydındır.
Gözün meydana gəlməsi ilə əlaqədar olaraq bir də klassik təsadüf açıqlamasını düşünək. Sizcə, gözü olmayan bir canlıda necə olur ki, təsadüfən bir göz meydana gələ bilir? Əvvəl təsadüfən kəllənin içində gözə uyğun iki boşluq meydana gələ bilərmi? Sonra yenə təsadüfən bu boşluqların içində işığı keçirən bir maye dolu iki kürə meydana gələ bilərmi? Sonra bu mayelərin ön tərəfində yenə təsadüfən işığın qırılmasını təmin edən və işığı gözün arxa divarında fokuslayan iki büllur meydana gələ bilərmi? Yenə təsadüfən gözün ətrafa baxa bilməsi üçün göz əzələləri öz-özünə meydana gələ bilərmi? Təsadüfən gözün arxa tərəfində işığı qəbul edə biləcək retina təbəqəsi meydana gələ bilərmi? Təsadüfən gözü beyinə bağlayacaq sinirlər öz-özlərinə, durduğu yerdə yarana bilərlərmi? Təsadüfən gözün qurumamasını təmin edəcək göz yaşı vəziləri meydana gələ bilərmi? Təsadüfən gözü toz və buna bənzər xarici maddələrdən qoruyacaq iki göz qapağı və kirpik meydana gələ bilərmi?
Düşünün, bunların hamısı təsadüfən meydana gələ bilərmi? Həm də saydığımız orqanların hamısı eyni canlıda meydana gəlməlidir. Təkamülçülərin qəbul etdiyi qaydaya görə, bədənin içində işləməyən orqanlar sıradan çıxır (Dallo qaydası). Buna görə, əgər gözün hər hansı bir hissəsi təsadüfən meydana gəlsə belə, -hətta bu, praktikada qeyri-mümkündür- bu hissə istifadəsiz olduğu üçün korlanardı. Çünki gözün görə bilməsi üçün bütün parçaları tam olaraq mövcud olmalı və işləməlidir. Gözyaşı vəziləri də çalışmasa, bir göz beş-on dəqiqə içində quruyar və funksiyasını itirər.
Göz ilk dəfə hansı canlıda meydana gəldisə, tam və qüsursuz olaraq bir anda meydana gəlmişdir. Bu gözün yaradılmış olması deməkdir. Bəli, aydındır ki, göz Allah tərəfindən yaradılmışdır. Quran bu mövzuda insana belə səslənir:
Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. (Muminun surəsi / 78)
Gözün yaradıldığı o qədər açıq bir həqiqətdir ki, Darvin: “Canlıların gözlərini düşünmək məni bu nəzəriyyədən soyutdu”, - demişdi. Əli Dəmirsoy da mövzu haqqında yenə bir “inci” tökmüş və gözün meydana gəlməsinin “təkamül möcüzəsi” olduğunu söyləmişdir.43
Göz haqqında izah edilənlər qulaq, qaraciyər, ürək, böyrək və digər bütün orqanlara, hətta bütün orqanizmə aiddir. İnsan orqanizmi olduqca mürəkkəb olan minlərlə ayrı sistemin uyğunlaşma içərisində çalışması sayəsində mövcuddur. Böyrəksiz, qaraciyərsiz, damarsız, sümüksüz və ya qırmızı qan hüceyrəsi olmadan bir insan yaşaya bilməz. Bu orqanların hamısı eyni anda mövcud olmalı və fasiləsiz fəaliyyət göstərməlidir. İnsanın əvvəl təsadüfən bir böyrəyə, sonra yenə təsadüfən bir qaraciyərə sahib olması kimi bir axmaqlıq düşünülə bilməz. Bu səbəbdən, insan bədəni tam bir bütün olaraq ortaya çıxmış, yəni yaradılmışdır.